Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı polisi peşə bayramını təntənə ilə qeyd etdi

0

  • 30.06.2023-cü il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində polis işçilərinin peşə bayramı günü qeyd olundu. Əvvəlcə Xocalı RPŞ-nin inzibati binasının qarşısında düzülən şəxsi heyət barədə Əməliyyat işi üzrə rəis müavini polis polkovnik-leytenantı Mahir Məhərrəmov rayon polis şöbəsinin rəisi polis polkovniki Zaur Nəbiyevə raport verdi. Sonra Dövlət Himnimiz səsləndirildi.Xocalı RPŞ-nin rəisi Zaur Nəbiyev şəxsi heyəti salamlayaraq bütün kollektivi peşə bayramı günü münasibətilə təbrik etdi, onlara cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzuladı. Rayon polis şöbəsinin rəisi Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun Daxili İşlər Orqanlarının şəxsi heyətinə "Polis Günü" münasibətilə təbrik məktubunu məruzə etdi. Zaur Nəbiyev vəzifə borcunu şərəflə yerinə yetirərək yüksək və qüsursuz xidmətlərinə, eyni zamanda Azərbaycan Polis Günü münasibətilə bir qrup polis işçisini müvafiq olaraq pul mükafatı, "Təşəkkür" və tutduğu vəzifədən bir pillə yuxarı - "polis serjantı" xüsusi rütbəsi ilə mükafatlandırılması üçün imzaladığı əmri diqqətə çatdırdı. Veteran polislərlə görüşən Zaur Nəbiyev onların problemləri ilə maraqlandı, uzun illər səmərəli fəaliyyətlərinə görə hər birinə təşəkkür etdi. Veteran polislər öz növbəsində göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Daha sonra Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, hüquq – mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, rayon polis şöbəsinin şəxsi heyəti və polis veteranları “Heydər” parkında ucaldılan Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirdilər.                                                       
    ***
    2 iyul Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümüdür. Azərbaycan polisi bir əsr şərəfli tarixi yol keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş peşakar kadr özəyi yaradılmışdır. Ulu Öndər həmişə polis əməkdaşlarının əməyinə yüksək qiymət vermişdir. Məhz Ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Polisi günü kimi qeyd olunur.Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Xocalı polisləri də Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiqdirlər. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib44 dəfə
    xocalı polisi peşə bayramını təntənə ilə qeyd etdi

    Maraqlı gələ bilər
    53
    47
    30